“Mərcan” toyuq məhsulları 2016-ci ilin marketlərdə keçirilən sorğusunun nəticəsində liderdir.
Oxu.Az xəbər verir ki, supermarketinq.net 2016-cı ilin son 6 ayı üzrə (iyun-iyul-avqust-sentyabr-oktyabr-noyabr) “broyler” (toyuq əti) bazarında markaların rəqabətini (satış faizlərini) araşdırıb.
Araşdırma nəticəsində supermarketlərdə ən çox paya sahib olması - 19 faizlik nəticə ilə toyuq məhsullarının lideri “Mərcan” seçilib.
Sayt sonda süfrələrin dadlı və ləzzətli bəzəyi olan “Mərcan”ı “Bazarın yeni kralı Mərcandır” adlandırıb.
Qeyd edək ki, məlumatlar coğrafi bölgü əsasında (semplinq) Abşeron ərazisindəki 34 marketdən alınmışdır.
Xatırladaq ki, 2012-ci ildə yaradılan “Garant Aqro” MMC-nin (“Ucar Aqro” MMC) istehlakçılara “Mərcan” brendi ilə toyuq əti və toyuq əti məhsulları Azərbaycan bazarında təqdim edir.
E.Ə.
www.oxu.az