Bakı sakininə qarşı 80 000 manat dələduzluq edilib.
Oxu.Az “Report”-a istinadən xəbər verir ki, Bakı şəhər sakini D.Hüseynov Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 17-ci Polis Bölməsinə (PB) ərizə ilə müraciət edərək bildirib ki, 2015-ci ilin mart ayında tanışı, Ağdaş rayon sakini 1980-ci il təvəllüdlü Qalib Əliyev iş qurmaq adı ilə ondan 80 000 manat pul alıb və geri qaytarmayıb.
Faktla bağlı Nərimanov RPİ-də araşdırma aparılır.
Qeyd edək ki, zərərçəkmiş D.Hüseynov məsələni şərh etmək istəməyib: "
“Mən bu məsələnin yayılmasında maraqlı deyiləm”.
E.Ə.
www.oxu.az