Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti valyuta hərracı keçirib.
Oxu.Az AMB-ə istinadən xəbər verir ki, hərracın sonunda dolların məzənnəsi yenidən bahalaşıb.
Belə ki, hərrac 1 ABŞ dolları üçün 1,7525 AZN/USD məzənnəsi ilə başlayıb və 1,7570 AZN/USD məzənnəsi ilə yekunlaşıb.
Beləliklə, sabah dolların məzənnəsinin bir qədər də bahalaşacağı istisna olunmur.
U.A.
www.oxu.az