2014-cü ilin aprel ayında ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərinin 0,2 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin 0,1 faiz bahalaşması, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,2 faiz bahalaşmasına səbəb olub.
Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ay ərzində qarabaşaq yarmasının, toyuq ətinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, qatığın, yumurtanın, portağalın, bananın, qozun, fındığın, şabalıdın, göyərtinin, xiyarın qiymətlərində ucuzlaşma müşahidə olunub.
Düyü, makaron və vermişel, qoyun əti, kərə yağı, bitki yağları, limon, alma, armud, çuğundur, kök, kartof, kələm, baş soğan, sarımsaq, şəkər bahalaşıb.
Aprel ayında qeyri-ərzaq mallarından geyim və ayaqqabıların, məişət cihazlarının, zərgərlik məmulatlarının qiymətlərində ucuzlaşma, inşaat materiallarının, iri alət və avadanlıqların, dərmanların, yanacaq və sürtkü materiallarının qiymətlərində isə bahalaşma müşahidə olunub.
Gülnarə Zeynalova
www.oxu.az