5 may 2014-cü il tarixdə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin hər birinin nominal dəyəri 100 manat olan 2 000 000 ədəd geri çağırılmaq hüququna malik olan birillik dövlət istiqrazlarının buraxılışı 45S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
Oxu.Az xəbər verir ki, QKDK-dən verilən məlumata görə, həmçinin mayın 5-də Maliyyə Nazirliyinin hər birinin nominal dəyəri 100 manat olan 2 000 000 ədəd dövlət ortamüddətli və hər birinin nominal dəyəri 100 manat olan 2 000 000 ədəd dövlət qısamüddətli istiqrazlarının buraxılışı 43S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
6 may 2014-cü il tarixdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının tədavül müddəti 28 gün və hər birinin nominal dəyəri 100 manat olan 300 000 ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50101842S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
Gülnarə Zeynalova
www.oxu.az