2026-cı il fevralın 12-də "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin balansında olan daşınmaz əmlak hərraca çıxarılacaq.
Oxu.Az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, satışa çıxarılan əmlak Xaçmaz şəhəri, Hüseyn bəy Rəsulbəyov küçəsi, giriş 68 ünvanında yerləşən qeyri-yaşayış binasıdır.
Daşınmaz əmlakın ümumi sahəsi 472.1 kvadratmetr, torpaq sahəsinin ölçüsü isə 0.0314 hektar təşkil edir.
Əmlakın start qiyməti 471 min manatdır.
Elmidar Əliyev