Bakının Binəqədi rayonundakı avtomobil yollarından birində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyevin verdiyi məlumata görə, Binəqədi rayonu ərazisində “Baksol” yolu deyilən ərazidən Mehdiabad qəsəbəsinə gedən yola qədər olan hissədə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 11:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb.
“Azəryolservis” ASC rəsmisinin sözlərinə görə, yuxarıda qeyd olunan işlər gün ərzində başa çatacaq ki, bundan sonra yolda nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunacaq.