Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bir sıra təqaüdlərdə də artımlar gözlənilir
"Minimum əməkhaqqı artımından sonra bir sıra müavinət və təqaüdlərdə artımlar qeydə alınmaqdadır. Belə ki, bu ildən artımların reallaşdığı təqaüdlərdən biri də peşə hazırlığına cəlb olunmuş şəxslərə ödənilən vəsaitlərdir".
Oxu.Az xəbər verir ki, bu barədə iqtisadçı deputat Vüqar Bayramov paylaşım edib.
O bildirib ki, "Məşğulluq haqqında" Qanuna əsasən, Azərbaycanda peşə hazırlığına cəlb olunmuş şəxslərə minimum əməkhaqqının 50 faizi məbləğində təqaüd verilir:
"2025-ci ilin yanvar ayından minimum əməkhaqqı 325 manatdan 400 manatadək yüksəldiyindən bu təqaüdün məbləği də artırılıb. Belə ki, əvvəllər həmin vətəndaşlarımıza ödənilən aylıq məbləğ 162.5 manat idisə, indi həmin təqaüd artırılaraq 200 manat olub. Bu o deməkdir, peşə hazırlığına cəlb olunmuş şəxslərə verilən təqaüd məbləği 14 faiz artırılıb.
Digər bir sıra təqaüdlərdə artımlarla bağlı təkliflər hazırda Nazirlər Kabineti tərəfindən hazırlanır. Təkliflərin bu ayın ikinci yarısında dövlət başçısına təqdim edilməsi gözlənilir. Bu o deməkdir, yaxın zamanlarda bir sıra digər müavinət və təqaüdlərdə də artımlar olacaq".
"Sosial müavinət" teqi üzrə xəbərlər
- Valideynlərini itirən uşaqlara birdəfəlik pul vəsaiti konkret məbləğdə ödəniləcək
- Güzəştli pensiyaya çıxmaq hüququ olan ailələrə müavinət ödənilməlidir?
- ABŞ-də yaşı 300-ü keçən insanlar aşkarlandı
- Üç uşağı olanlara ŞAD XƏBƏR
- Vüqar Bayramov: "Yeni sosial paket müavinət və təqaüdlərdə də artımı özündə ehtiva edəcək"