Bitkoinin dəyəri 10 min dollardan aşağı düşüb.
Oxu.Az xəbər verir ki, bu, “Coindesk” portalındakı rəqəmlərdə öz əksini tapıb.
Belə ki, 2017-ci ilin noyabrından bəri ilk dəfə bu gün bitkoinin qiyməti 9,707 dollara enib. Ötən ilin dekabrında isə bitkoin rekord həddə - 20 min dollara qədər bahalaşıb.
Qeyd edək ki, Çin və Cənubi Koreyanın “bitkoinlə əməliyyatların aparılmasını məhdudlaşdırmaq və ya qadağan etmək istəyi ilə bağlı yayılan xəbərlər bu kriptovalyutanın ucuzlaşmasına səbəb olub.
A.M.
www.oxu.az