"CME Group" (dünyanın ən iri fyuçers birjalarının operatoru) ən populyar kriptovalyuta olan bitkoinlə ticarətə başlayıb.
Oxu.Az xəbər verir ki, nəticədə 2018-ci il üçün fyuçers müqavilələrinin start qiyməti 20,65 min dollar təşkil edib. Sonradan bitkoin 19 min dollar səviyyəsinə düşüb.
Lakin bitkoinlə bağlı iyunda optimist proqnoz verən “ Standpoint Research”ün yaradıcısı Ronnie Moas bu dəfə də açıqlaması ilə hər kəsi təəccübləndirib. Belə ki, hələ o zaman dəyəri 2600 dollar olan bitkoinin 5000 dollara yüksələcəyini söyləyən Moasın bu dəfəki hədəfi 300-400 min dollardır.
Qeyd edək ki, analitiklər bitkoinə yatırımların riskli olduğunu irəli sürürlər.
L.Ə.