Cari ilin 9 ayı ərzində manatın rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilib. Yanvar və fevral ayının birinci yarısında bahalaşan ABŞ dolları, fevral ayının ikinci yarısından nisbətən ucuzlaşmağa başlayıb.
Oxu.Az Mərkəzi Banka istinadən bildirir ki, valyuta bazarında tələb-təklif nisbətindən asılı olaraq manatın məzənnəsinin dinamikasında bir neçə dəfə qalxıb-enmə müşahidə edilib.
2016-cı ilin sonuna ABŞ dollarının manata qarşı məzənnəsi 1.7707 AZN səviyyəsində olubsa, 01.02.17 tarixində özünün dövr üzrə maksimum həddinə - 1.9200 AZN-ə qalxıb. 27.09.17 tarixində isə minimum həddinə - 1.7002 AZN-ə enib. 2017-ci ilin 9 ayının sonuna manata nəzərən ABŞ dolları ilin əvvəlindən 4% ucuzlaşıb. Doqquz ay ərzində 1 ABŞ dollarının manata qarşı orta günlük rəsmi məzənnəsi isə 1.7279 manat təşkil edib.
Dövr ərzində ikitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərib Belə ki, manatın qeyri-neft sektoru üzrə ümumi ticarət çəkili real effektiv məzənnəsi 0.5% bahalaşıb.
L.Ə.