Bu ilin aprel ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 1,2 faiz ucuzlaşıb, sərnişindaşıma tarifləri isə 0,1 faiz bahalaşıb.
Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 6,5 faiz ucuzlaşma, digər xarici ölkələr üzrə 6,9 faiz bahalaşma müşahidə olunub.
Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi ay ərzində 3,2 faiz ucuzlaşıb.
Avtomobil nəqliyyatında sərnişindaşıma və yükdaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb.
Gülnarə Zeynalova
www.oxu.az