“The Huffington Post” xəbər verir ki, məşhur ispan aktyoru Antonio Banderas argentinalı pontifiki barədə ilk filmdə Roma Papası Fransiskanın rolunu oynaya bilər.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, italyan rejissoru Daniele Luçetti (Daniele Luchetti) ispan dilində “Mənə Fransisk deyin” filmini çəkmək istəyir.
Filmin çəkilişi 12 milyon dollara başa gələcək.
Filmdə hadisələr müxtəlif lokasiyalarda, İtaliyada və Argentinada baş verir.
Çəkilişlər artıq 2014-cü ilin yayında başlayacaq.
Kinofilmin ssenarisi Argentina jurnalisti Yevangelina Ximitianın (Evangelina Himitian) “Fransisk: xalq papası” (“Francisco: El Papa de la gente”) bestsellərinə əsaslanıb.