Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
“Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına özəl sektorun cəlb edilməsi təklif olunur
“Azərbaycanda 2022-26-cı illərdə icra olunacaq “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın reallaşdırılmasına özəl sektorun cəlb edilməsi arzuolunandır”.
“Report” xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Bakıda “Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq” mövzusunda keçirilən VII Beynəlxalq Bankçılıq Forumunda (“IBF-2023”) bildirib.
“Proqramın icrası ilə bağlı dövlət qurumları 30 milyard manatdan çox tələb qoyub. Bunun təxminən 22 milyard manatını hökumət qarşılayacaq. Təxminən səkkiz milyard manata qədər vəsait qalacaq ki, bunun da özəl sektora yönəldilməsi arzuolunandır. “Böyük Qayıdışa dair I Dövlət Proqramı” bank sektoru üçün də yaxşı imkanlar yaradacaq”, - deyə o qeyd edib.
"Vüsal Qasımlı" teqi üzrə xəbərlər
- 2024-cü ildə İqtisadi Şuranın ilk iclası keçirilib - FOTO
- Vüsal Qasımlı: “2030-cu ilə qədər Orta Dəhlizlə daşınma həcmi üç dəfə arta bilər” - MÜSAHİBƏ + FOTO
- Azərbaycanda “İslam Maliyyəsi” fənni tədris ediləcək
- Böyük Qayıdışa dair məşğulluq məsələləri müzakirə olunub - FOTO
- Sosial-iqtisadi inkişaf strategiyasının icrasının nəticələri barədə iclas keçirildi - FOTO