2014-cü ilin yanvar-iyun ayları ərzində BP sosial sərmayələri 1,24 milyon dollardan ibarət olub.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bu barədə “bp-Azerbaijan” şirkətinin hesabatında deyilir.
Hal-hazırda “bp-Azerbaijan”-da 2,912 Azərbaycan vətəndaşı çalışır. Qeyd edək ki, birinci rübün nəticələrinə görə, BP-də çalışan Azərbaycan vətəndaşlarının sayı 2,854 min nəfərdən ibarət olub.
“Azərbaycanda BP mütəxəssislərinin 85%-i respublika vətəndaşlarıdır, həm də onlardan çoxu rəhbər vəzifələri tutur”, - şirkətdən qeyd ediblər. Həmçinin BP-dən qeyd ediblər ki, (2014-2018-ci illər üçün) 5 illik milliləşdirmə planına əsasən 2018-ci ilin sonuna qədər şirkətin işçilərinin ümumi sayı 90% milli kadrlardan ibarət olmalıdır”.
Britaniya şirkəti “bp-Azerbaijan”-a 1994-cü ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Azərbaycan hakimiyyəti və xarici partnyorlarla PSA tipli müqavilə bağlayaraq gəlib. O dövrdən dəniz platformaları, Sanqaçalda neft terminalı, ixrac boru kəmər sistemləri - bura həmçinin H.Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri də daxildir - “Şah Dəniz” qaz-kondensat yatağı işlənir.