Britaniya neft-qaz korporasiyası BP iyun ayının 17-si Çinin CNOOC şirkəti ilə mayeləşdirilmiş təbii qazın 20 il ərzində Çinə çatdırılmasına dair saziş imzalayıb.
Oxu.Az Novosti.Az-a istinadən xəbər verir ki, bu barədə korporasiyanın baş direktoru Bob Dadli bəyan edib, bunu Agence France-Presse bildirib.
Çatdırılma Çinin cənubi-şərqinə istiqamətlənəcək. Həcm barədə isə hələ ki, heç nə bildirilmir. Müqavilə Böyük Britaniya və ÇXR baş nazirləri Devid Kemeron və Li Kesyanın iştirakı ilə imzalanacaq.
Daha öncə mətbuatda Çin ilə müqaviləni daha bir böyük neft-qaz şirkəti - Royal Dutch Shell imzalayacağı xəbər verilmişdi.
Çin son illərdə milli enerji balansında təbii qazın rolunun artırılmasına istiqamətlənib. Bu isə qazın kömürdən fərqli olaraq, ekoloji cəhətdən təmiz yanacaq olması ilə əlaqədardır.