Avqustun 8-də "Brent" markalı neftin bir barelinin qiyməti 66 dollardan aşağı düşüb. Bu, iyunun 6-dan bəri ilk dəfə baş verib.
Oxu.Az-ın xəbərinə görə, bunu Londonun ICE birjasının məlumatları sübut edir.
Bakı vaxtı ilə saat 10:28-də "Brent" markalı oktyabr füçerslərinin bir bareli 65.94 dollara (əvvəlki bağlanışdan 0.74% az) satılıb.
Eyni zamanda, WTI markalı neftin sentyabr füçersləri 0.85% ucuzlaşaraq bir barel üçün 63.34 dollar təşkil edib.