"Brent" markalı neftin noyabr füçerslərinin qiyməti Londonun ICE birjasında keçirilən hərracların məlumatlarına görə, iyulun 24-dən bəri ilk dəfə bir barel üçün 98 dolları ötüb.
Oxu.Az xəbər verir ki, Bakı vaxtı ilə saat 19:05-də "Brent" neftinin qiyməti bir barel üçün 98,04 dollar təşkil edib ki, bu da hərracların bağlanış qiyməti ilə müqayisədə 1,83% artım deməkdir.
Saat 19:10-a olan məlumata görə, göstərici geri çəkilib - qiymət 97,96 dollara düşüb. Bakı vaxtı ilə saat 20:10-a olan məlumata görə, neftin qiyməti 1,37% artıb və bir barel üçün 97,6 dollar səviyyəsində satılıb.
Oktyabr ayında tədarük ediləcək WTI markalı neftin füçerslərinin qiyməti Bakı vaxtı ilə saat 21:15-ə olan məlumata görə, 1,32% artaraq bir barel üçün 92,7 dollar təşkil edib.
Yaxın Şərqdə yaşanan gərginlik fonunda neftin bahalaşması müşahidə olunur.
Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.
Bakı vaxtı ilə saat 09:15-də Londonun ICE birjasında "Brent" markalı neftin noyabr füçerslərinin qiyməti 1 dollar artaraq bir barel üçün 97.28 dollara satılıb. Əvvəlki sessiyada isə "Brent" 0.76 dollar (0.8%) artaraq bir barel üçün 96.28 dollar təşkil etmişdi.
Nyu-York Ticarət Birjasında (NYMEX) WTI markalı xam neftin oktyabr füçersləri 0.98 dollar (1.07%) yüksələrək bir barel üçün 92.46 dollar olub. Əvvəlki sessiyada isə WTI markalı neftin qiyməti 0.18 dollar (0.2%) bahalaşaraq bir bareli 91.48 dollara satılmışdı.