ICE London qitələrarası birjasında Brent neftinin qiyməti bir barelə görə 33 dolardan aşağı düşüb. Bakı vaxtı ilə saat 19:55-ə olan məlumata görə, Brent markalı neftin bir barelinə görə 32,83 dollar təklif ediblər.
Bu barədə Oxu.Az hərracların son gedişinə istinadən xəbər verir.
WTI nefti isə əksinə, bahalaşıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu markalı neftin qiyməti 1 barelə görə 31,46 dollara qədər artıb.