Şimal dənizi neft qatışığının qiyməti 6% artaraq bir barelə görə 41 dollardan baha satılıb, Oxu.Az RBK-ya istinadən xəbər verir.
Brent markalı neftin qiyməti London birjalarında bütün gün ərzində artıb.
Günorta saatlarında bir barrelə görə dekabrın ortalarından ilk dəfə 40 dollar həddini keçən Brent nefti, Bakı vaxtı ilə saat 22:05 radələrində artıq 41 dollardan baha satılıb.
20:30
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti dekabr ayından ilk dəfə olaraq 40 dollardan yuxarı satılıb.
Bu barədə Oxu.Az hərracların son nəticələrinə istinadən xəbər verir.
Hərraclar zamanı, Şimal dənizi neft qatışığının may fyuçerslərinin qiyməti 3,3% artaraq bir barelə görə 40,05 dollara təşkil edib.
Neftin qiymətinin artmasının səbəbi kimi ABŞ-da qazma qurğularının sayının azaldılması barədə məlumatlar göstərilir.