Nigeriyada baş vermiş iki yol qəzası 21 nəfər həyatına son qoyub.
Oxu.Az AFP-yə istinadən xəbər verir ki, ölkənin şimalında Bauçi şəhərində avtobus yük maşını ilə qəzadan sonra alovlanıb. 17 sərnişin və sürücü yanğının qurbanı olub.
Hadisə dünən axşam saatlarında baş verib. Elə həmin gün paytaxt Abucaya yollanan Nigeriyanın dövlət naziri Ceyms Oçoli şəxsi avtomobilində qəzaya düşərək ölüb.
Siyasətçi ilə birlikdə avtomiildə olan onun həyat yoldaşı və oğlu da dünyasını dəyişib.
Yol qəzasına səbəb təkərin partlaması olub.