“British Airways” aviaşirkəti “Müqəddəs Valentin günü” ərəfəsində Azərbaycanda London, Avropa və Şimali Amerika istiqamətində “Premium” sinfində uçuşlara xüsusi endirim kompaniyasına başlayıb.
Oxu.Az-ın AzərTAC-a istinadən verdiyi xəbərə görə, “British Airways” aviaşirkətinin Azərbaycandakı nümayəndəliyindən bildiriblər ki, “British Airways”in endirimlərindən fevralın 16-dək yararlanmaq olar.
Turistlər xüsusi tariflə alınmış biletlərlə fevralın 1-dən iyulun 31-dək səyahət edə bilərlər.
Böyük Britaniya və Avropa istiqamətində “Premium” sinif salonuna olan aviabiletlərin qiyməti 1932 avrodan, ABŞ və Kanada istiqamətində olan biletlər isə 2718 avrodan başlayır.