2015-ci ilin yanvar ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 470 min 053 ton Azərbaycan nefti nəql olunub.
2014-cü ilin dekabr ayı ərzində isə BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 462 min 950 ton Azərbaycan nefti nəql olunmuşdu.
Beləliklə, SOCAR bu BTC kəməri ilə nəql olunan neftin həcmini bir ay ərzində 7,103 ton artırıb.
Bu barədə Oxu.Az-a SOCAR-dan məlumat verilib.
Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2015-ci il fevral ayının 1-ə qədər BTC-yə 266 milyon 309 min 899 ton neft vurulub.
Bundan başqa, cari ilin yanvar ayında BTC kəməri ilə ümumilikdə 602 min 066 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub.
Qeyd edək ki, BTC kəməri ilə nəql olunan Türkmənistan və Qazaxıstan neftinin həcmi bir ay ərzində azalıb.