Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bu həftə SOCAR Belarusa növbəti partiya Azərbaycan nefti göndərəcək
Bu həftə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Belarusa yeni partiya Azərbaycan neftinin göndərilməsini planlaşdırır.
Bu barədə Report-a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.
Onun sözlərinə görə, iyunun 25-26-da Gürcüstanın Supsa limanından Belarusa növbəti partiya Azərbaycan nefti göndəriləcək:
“Bu dəfə göndəriləcək Azərbaycan neftinin həcmi 85-90 min ton təşkil edəcək”.
O bildirib ki, Supsa limanından yola salınacaq neft Odessa limanına çatdırılacaq və Odessa-Brodı boru kəməri ilə Mozır neft emalı zavoduna nəql ediləcək.
İ.Əhmədov qeyd edib ki, bu günə qədər SOCAR Belarusa ümumilikdə 2,05 milyon barel Azərbaycan və 0,78 mln. barel digər neft nəql edib.
Qeyd edək ki, 2020-ci ildə SOCAR Belarusun “Belneftexim” konserni üçün 1 mln. tona qədər neftin nəql etməyi planlaşdırır.
"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)" teqi üzrə xəbərlər
- SOCAR ilə "Tree Energy Solutions" arasında Birgə Tədqiqat Sazişi imzalanıb
- Mikayıl Cabbarov və Rövşən Nəcəf Ken Vest ilə görüşdülər
- "SOCAR Green" və "PowerChina" şirkətləri Anlaşma Memorandumu imzalayıblar
- Hesablama Palatası: "SOCAR gələn il 462 milyon manat dividend ödəməli olacaq"
- Mikayıl Cabbarov:"İqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi vacibdir"