Cari ilin yanvar-fevral ayları ərzində informasiya və rabitə müəssisələri hüquqi və fiziki şəxslərə 251,6 milyon manatlıq xidmət göstərib ki, onun da 71,5%-i əhali sektoruna aid olub.
Bu barədə Dövlət Statistika Komitəsindən Oxu.Az-a bildirilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 7,7% artıb, bu sahədə əldə edilmiş gəlirin 80,3%-i qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə olunmuş gəlirlərin 48,6%-i və ya 122,2 milyon manatı mobil telefon rabitəsindən yaranıb.
Ülviyyə R. Əli
www.oxu.az