Bu ilin yanvar-fevral ayları ərzində Bakı metrosu ilə daşınan sərnişinlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən azalıb.
Bu barədə Dövlət Statistika Komitəsindən Oxu.Az-a bildirilib.
Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 34 milyon nəfər olub.
Bu göstərici ötən il ilə müqayisədə 5,9% azdır. Ümumilikdə, bu il nəqliyyat sektorunda daşınan sərnişinlərin 11,7%-i metronun payına düşür.
Ülviyyə R. Əli
www.oxu.az