Bu gün Ucar rayonunun Qarabörk və Bağırbəyli kəndlərinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilib.
Oxu.Az-ın məlumatına görə, açılış mərasimlərində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, SOCAR rəhbərliyinin təmsilçiləri, Ucar rayon icra hakimiyyətinin, “Azəriqaz” İstehsalat Birliyinin və ictimaiyyətin nümayəndələri iştirak edib.
Məruzədə qeyd olunub ki, 309 abonenti olan Qarabörk kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 13716 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 309 mənzilə məişət qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.
www.oxu.az