"Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edilib.
Oxu.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, misdən hazırlanan vintlər, boltlar və qaykalar üçün 2029-cu ilin sonunadək hər tonuna görə 300 ABŞ dolları ixrac gömrük rüsumunun tətbiq edilməsini nəzərdə tutur.
Hazırda bu rəqəm hər tonuna görə 15 ABŞ dollar müəyyən olunub.
Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minəcək.