Bankların valyuta hərracına olan marağı günü-gündən azalır.
Oxu.Az xəbər verir ki, Fins.az-ın şəxsi mənbələrdən əldə etdiyi məlumata görə, hərraca çıxarılan 35 milyon dollardan yalnız 7 milyon 500 min dolları satılıb.
Məlumata əsasən, hərracda 1,7020 AZN/USD qiyməti ilə cəmi 2 sifarış daxil olub. Onlardan birinin məbləği 7 milyon dollar, digəri isə 500 min dollar təşkil edib.
Bu gün Mərkəzi Bank və Neft Fondunun birgə keçirdiyi valyuta hərracında dolların məzənnəsi sabitlik göstərərk 1,7020 AZN/USD səviyyəsində qalıb.
Qeyd edək ki, bu, may ayının son valyuta hərracı idi. Ümumilikdə bu ay ərzində Neft Fondu tərəfindən valyuta hərracına 280 milyon dollar çıxarılıb. Keçirilən 8 hərracda ümumilikdə 212 milyon 360 min dollar satılıb.
Daha ətraflı cədvəldə:
|
| Hərraca çıxarılan məbləğ (dollar) | Satılan məbləğin həcmi (dollar) | Hərracda formalaşan məzənnə |
| 02.05 | 35 mln. | 26 mln.800 min | 1,7024 |
| 04.05 | 35 mln. | 21 mln. 400 min | 1,7026 |
| 11.05 | 35 mln. | 22 mln. 250 min | 1,7025 |
| 16.05 | 35 mln. | 25 mln. 100 min | 1,7022 |
| 18.05 | 35 mln. | 47 mln. 850 min | 1,7023 |
| 23.05 | 35 mln. | 32 mln. 400 min | 1.7021 |
| 25.05 | 35 mln. | 29 mln. 60 min | 1,7020 |
| 30.05 | 35 mln. | 7 mln. 500 min | 1,7020 |
| Cəmi | 280 mln. | 212 mln. 360 min | 1,7023 |
13:51
Mayın 30-da Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.
Mərkəzi Bankdan Oxu.Az-a verilən məlumata görə, hərracda manatın ortaçəkili məzənnəs 1,7020 səviyyəsində formalaşıb.
Qeyd edək ki, 30.05.2017-ci il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,7020 səviyyəsində müəyyən olunub.
A.M.