Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) “Bulla-Dəniz” yatağında baş vermiş yanğını tam söndürüb.
Oxu.Az şəxsi mənbələrinə istinadən xəbər verir ki, SOCAR dünyanın ən böyük neft servisi şirkətlərindən biri olan Schlumberger ilə birlikdə offşor yatağında baş vermiş yanğını tam söndürüblər.
Xatırladaq ki, quyu təxminən 2,5 ay ərzində yanıb. “Bulla-Dəniz”də güclü yanğın 2013-cü il avqustun 18-də axşam saat 23:00 radələrində baş vermişdi.
Elvin Əhmədov
www.oxu.az