SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşa olunacaq özülün baş podratçısı Şirkətin “Neftqaztikinti” Trestidir. 4 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül dənizin 26 metr dərinliyində yerləşdiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, özül ən müasir qazma avadanlığı, 90 nəfərlik yaşayış bloku, yanalma və minik meydançaları, Avtomatlaşdırılmış Nəzarət və İdarəetmə Sistemi, yanğından mühafizə sistemi, 3 ədəd qaldırıcı hidroaktiv kran, bioloji sutəmizləmə qurğusu və digər zəruri avadanlıqlarla təchiz ediləcək.
Bundan başqa, elektrik enerjisi ilə təchizatın etibarlılığını təmin etmək məqsədilə özüldə 8 ədəd dizel elektrik generatoru quraşdırılacaq, ətraf mühitin və əməyin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin ediləcək.
Özüldən sutkada 600 ton kondensat və 2 milyon kubmetr qaz hasil olunacağı proqnozlaşdırılır.
Özülün inşasına cari ilin sonunda başlanılması nəzərdə tutulur.
Qeyd edək ki, özüldə istismar işləri N.Nərimanov adına NQÇİ tərəfindən həyata keçiriləcək.
Gülnarə Zeynalova
www.oxu.az