Bu il müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərcləri 2025-ci il ilə müqayisədə 4 faiz çoxdur.
Oxu.Az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərcləri üçün 2026-cı ilin dövlət büdcəsi xərclərinin 28.9 faizi həcmində və ya 12 milyard 53.9 milyon manat məbləğində vəsait nəzərdə tutulub.
Bu, 2025-ci ilin proqnozu ilə müqayisədə 465.6 milyon manat və ya 4 faiz çoxdur.
Müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə 8 milyard 717.6 milyon manat, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarının saxlanılması üçün 3 milyard 336.3 milyon manat ayrılacaq.