2025-ci ilin yanvar-noyabr ayları ərzində 32 mindən çox şəxsə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.
Bu barədə Oxu.Az Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir.
Bu il pensiyaya çıxanların 68.96 faizini kişilər, 31.04 faizini isə qadınlar təşkil edib.