Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az dövlət başçısının saytına istinadən xəbər verir ki, “ADY”nin sədri vəzifəsinə Cavid Qəmbər oğlu Qurbanov təyin edilib.
Qeyd edək ki, Cavid Qurbanov bundan əvvəl Azərbaycan Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin sədri vəzifəsini tutub.
“Azərbaycan Dəmir Yolları” QSC-nin əvvəlki sədri Arif Əsgərov is İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycanın nəqliyyat nazirinin müavini təyin edilib.