Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın nəqliyyat nazirinin müavinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az dövlət başçısının saytına istinadən xəbər verir ki, sərəncama əsasən, Arif Nəriman oğlu Əsgərov nəqliyyat nazirinin müavini təyin edilib.
Qeyd edək ki, bundan əvvəl Arif Əsgərov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsini tuturdu.