Energetika nazirinin müavini Natiq Abbasov Çexiyanın sənaye və ticarət naziri Yan Mladek ilə görüşüb.
Bu barədə Oxu.Az-a Energetika Nazirliyindən məlumat verilib.
“Görüşdə Azərbaycanla Çexiya arasında əlaqələrin bütün istiqamətlərdə, o cümlədən energetika sahəsində genişləndirilməsinin əhəmiyyəti vurğulanıb”- nazirliyin məlumatında deyilir.
Söhbət zamanı Azərbaycanla Çexiya arasında müxtəlif istiqamətlərdə, xüsusilə sərmayə qoyuluşu, infrastruktur layihələrinin həyata keçirilməsi və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, görüşdə Azərbaycan-Çexiya hökumətlərarası birgə komissiyasının işinin gücləndirilməsi, çex şirkətlərinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsinin önəmi vurğulanıb.