Türkiyədə artıq ikinci erməni ölkədə keçiriləcək parlament seçkilərində iştirak etmək istəyini bildirib.
Oxu.Az Türkiyənin Demokrathaber saytına istinadən xəbər verir ki, İstanbuldan olan erməni Nvard Bakırdcıoğlu deyib ki, namizədliyini kürd partiyası olan Xalq Demokratik Partiyasından (HDP) irəli sürmək istəyir.
Xatırladaq ki, bir neçə gün öncə Mərdin vialyətindən olan milliyyətcə erməni olan Zekeria Sabunci də HDP-dən namizədliyini irəli sürməsi barədə istəyini elan edib.
Türkiyədə parlament seçkiləri 2015-ci ilin iyunun 7-də keçiriləcək.
www.oxu.az