Çinin dövlət neft- qaz korporasiyası Sinopec ixracat üçün qadağanın aradan qaldırılmasından sonra ABŞ-dan xam neftin ilk partiyasını alıb.
Oxu.Az xəbər verir ki, bu barədə Reuters öz mənbələrinə istinadən xəbər verir.
“O, neftin növü, neftin qiyməti və tədarükün detalları barəsində informasiya verməyib”, - deyə Reuters yazıb.
“Amerika neftinin ixracı dünya bazarı üçün pozitiv xəbərdir və Asiya-Sakit Okean regionun öz ehtiyatlarını şaxələndirməyə imkan verir”, - deyə mənbə əlavə edib.
Treyderlər qeyd edirlər ki, neftə cari dünya qiymətlərini nəzərə alaraq, ixrac ABŞ-a əlavə mənfəət gətirməyəcək.
Qeyd edək ki, China Petroleum and Chemical Corporation (Sinopec) şirkəti Çində PetroChina şirkətindən sonra ən böyük enerji şirkətidir. Şirkət neft və qazın geoloji kəşfiyyatı, emalı, neft-kimya, neft və qazın nəql edilməsi ilə məşğul olur.
Xatırladaq ki, ABŞ prezidenti Barak Obama son 40 ildə ilk dəfə olaraq, bu ölkədə neft ixracına qadağanı ləğv edib.
Ülviyyə R. Əli
www.oxu.az