Bu gün Azərbaycan Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib.
Bu barədə Oxu.Az-a Dövlət Neft Fondundan (SOFAZ) bildirilib.
“Fond tərəfindən 200 milyon ABŞ dolları, Mərkəzi Bank tərəfindən isə 100 milyon dollar, ümumilikdə 300 milyon dollar məbləğində vəsait hərraca çıxarılmış və 35 banka satılıb”, - deyə Neft Fondundan qeyd edilib.
Fonddan həmçinin bildirilib ki, il ərzində SOFAZ tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.
Ülviyyə R. Əli
www.oxu.az