Azərbaycanda neft və qaz emalı və neft-kimya məhsullarının istehsalı kompleksinin (OGPC) yaradılması layihəsinə Çinin bəzi şirkətləri və “Eximbank” maraq göstərir.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə SOCAR prezidenti Rövnəq Abdullayev deyib.
Onun sözlərinə görə, neft və qaz emalı və neft-kimya məhsullarının istehsalı kompleksinin tikintisi layihəsi üzrə dayandırılmayıb:
“Layihə üzrə işlə davam edir, danışıqlar aparılır”.