Bu gün Bərdə, Yevlax, Şamaxı və Tərtər rayonlarının daha bir neçə kəndinə təbii qaz verilib.
Bu barədə Oxu.Az-a “Azəriqaz” İB-dən məlumat verilib.
Qeyd edək ki, həmin kəndlər arasında Yevlaxın Yuxarı Qarx, Tərtər rayonunun İsmayılbəyli, Bərdənin Xanxanımlı, Şamaxı rayonunun Dağ Bağırlı kəndi yer alır.