Aprelin 18-də Sabirabad rayonunun Ətcələr kəndinə təbii qazın verilişi bərpa edilib.
Bu barədə Oxu.Az-a “Azəriqaz” İB-dən məlumat verilib.
Qurumun məlumatına görə, 302 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 46689 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 47 ədəd müxtəlif diametrli siyirtmə, 302 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Ülviyyə R.Əli
www.oxu.az