Yanvarın 22-də Füzuli rayonunun Qayıdış-3 qəsəbəsinə ilk dəfə olaraq təbii qaz verilib.
Bu barədə Oxu.Az-a “Azəriqaz” İB-dən məlumat verilib.
Məlumatda qeyd olunur ki, 200 abonenti olan qəsəbənin qazlaşdırılması məqsədilə ümumi uzunluğu 7816 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 200 ədəd məişət qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.