Bu gün saat 22.00-dan başlayaraq Bakının Nərimanov rayonunda Atatürk prospektində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Oxu.Az-a Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib ki, prospektin müxtəlif hərəkət hissələri bağlanacaq, bu, yol işarələrinin yenilənməsi ilə əlaqədardır.
Sürücülərə alternativ yollardan – Molla Cümə və Əhməd Rəcəbli küçələrindən istifadə etmək təklif edilir.
