Bakıda daha bir mərkəzi avtomobil yolu təmirə bağlanır.
Oxu.Az xəbər verir ki, Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən, Rəşid Behbudov küçəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.