Bu axşam Bakıda daha bir neçə yol təmirə bağlanacaq.
Oxu.Az xəbər verir ki, “Azəryolservis” ASC-dən Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, yolun xətlənməsi ilə əlaqədar bu gün saat 22:00-dan etibarən, Əhməd Rəcəbli küçəsi Təbriz küçəsindən Cəfər Xəndan küçəsinə qədər olan hissə bağlanacaq.
Sürücülərə alternativ olaraq Aşıq Molla Cüma küçəsindən və Atatürk prospektindən istifadə etmələri tövsiyə olunur.