Sabirabad və Ağstafa rayonlarının daha 3 kəndinə təbii qaz verilib.
Oxu.Az-a bu barədə Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.
418 abonenti olan Məmişlər kəndinə ilk dəfə olaraq 418 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 345 abonenti olan Suqovuşan kəndinin qaz təchizatının bərpası məqsədi ilə 345 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.
Qeyd edək ki, 280 mənzilə təbii qazın verilişi bərpa edilib, 65 mənzilə isə ilk dəfə olaraq təbii qaz verilib.
Ağstafa rayonunun 780 abonenti olan Qırılı kəndinə, 780 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.