Azərbaycanın Maliyyə Nazirliyi daşınmaz əmlakın icbari sığortası mexanizmini dəyişməyi nəzərdə tutur.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə maliyyə naziri Samir Şərifov deyib.
“Bizim qanunvericilikdə minimal hədd ilə evlərin sığortalanması nəzərdə tutulub. Lakin onu da qeyd etməliyəm ki, mənzil və ev sahibləri bu sığorta növündən o qədər də faydalanmırlar. Ona görə, biz daha effektiv və praktiki baxımdan tətbiqi asan olan mexanizm barədə fikirləşirik. Bu məsələdə ehtiyatla davranırıq. İlk növbədə əhalinin maddi imkanlarını nəzərə almalıyıq”, - nazir bildirib.
Qeyd edək ki, hazırda Azərbaycan vətəndaşları yaşayış evlərini və mənzillərini Bakı şəhərində 50 manat ödəməklə 25000 manatlıq, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 40 manat ödəməklə 20 min manatlıq, digər yaşayış məntəqələrində isə 20 manat ödəyərək 15 min manatlıq icbari sığorta etdirə bilərlər.