"Cari ilin yanvar-aprel aylarında Azərbaycandan Ermənistana ixrac olunan malların ümumi dəyəri 9 milyon 646 min ABŞ dolları olub".
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı hesabatda bildirilib.
Qeyd olunub ki, sözügedən ixracın 3 milyon 889 min dollarlıq hissəsi yalnız aprel ayına təsadüf edib.
Hesabat dövründə Azərbaycanın Ermənistandan dolayı yolla həyata keçirdiyi idxalın həcmi isə cəmi 960 ABŞ dolları təşkil edib.