"Cari ilin mart ayında Niderland Krallığından 960 ABŞ dollar dəyərində qızılgül idxal edilib."
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Dövlət Gömrük Komitəsindən verilib.
"Xarici ticarətin gömrük statistikasının nəşr olunması Qaydası"nın 3.3-cü bəndinə əsasən idxalda malın mənşə ölkəsi tərəfdaş ölkə hesab edildiyindən sözügedən qızılgüllər xarici ticarətin gömrük statistikasında Ermənistandan idxal edilən mallar kimi öz əksini tapıb", - deyə məlumatda vurğulanıb.
Əzizə İsmayılova
Azərbaycan Ermənistandan ilk dəfə mal idxal edib.
Oxu.Az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Belə ki, bu ilin mart ayında Azərbaycana Ermənistandan 960 ABŞ dolları dəyərində mal idxal olunub.
Həmçinin bu ilin ilk üç ayında Azərbaycan Ermənistana 5 milyon 757 min dollar dəyərində məhsul ixrac edib.